04 fevral 2022 17:52
1304

YAP Daşkəsən rayon təşkilatına təyin olunmuş sədrin təqdimatı olub FOTO

4 fevral 2022-ci il tarixdə YAP Daşkəsən rayon təşkilatının Qərargahında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə YAP Daşkəsən rayon təşkilatına sədr təyin olunmuş Meydanəli Yolçiyevin videokonfrans formatında təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  videokonfransa sədrlik edən YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov Meydanəli Yolçiyevin əmək fəaliyyəti haqqında ətraflı məlumat veriv.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bu təyinata görə Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürünü və minnətdarlığını bildirib. O, qeyd edib ki, bundan sonra da partiyamızın verdiyi bütün tapşırıqları layiqincə yerinə yetirəcək və cənab İlham Əliyevin uğurlu siyasətinin təbliğini  rayon sakinləri arasında  yüksək səviyyədə təşkil edəcək.

Təqdimat mərasimində Daşkəsən şəhər ərazi partiya təşkilatının sədri Nüsrət Vəliyev, İ.Nəsimi adına ilk partiya təşkilatının sədri Rəna Aslanova və partiya fəalı Sevil Ələsgərova çıxış edərək 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad olunmasına rəhbətlik etdiyinə və xalqımıza bu Böyük Qələbəni yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.