Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər tutulub.
Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax rayon Yuxarı Salahlı kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan Səlim Əmirxanov və Sahib Namazov saxlanılıb.
Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 71 ədəd xramulya, 5 ədəd şibrit, 16 ədəd dabanbalığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.