Azərbaycan bu gün 8 erməni hərbçini qarşı tərəfə təhvil verib.
“İki sahil” xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi həmin hərbçilərin ölkələrinə geri dönməsini əks etdirən görüntülər paylaşıb.
Görüntülərdən məlum olub ki, erməni hərbçiləri Bakıdan İrəvana Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə aparıb. Belə ki, təyyarənin üzərində Fransa bayrağı da olub.
Bununla yanaşı, təyyarəni İrəvanda Fransanın ölkədəki səfiri Ann Luyo və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin qarşılayıb.
Paşinyan Bişkekdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın vacibliyini bəyan edib
Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb