08 fevral 2022 14:00
581

Təmsilçimiz Pekində finala vəsiqə qazanıb FOTO

Bu gün Pekində ilk yarışına çıxan idmançımız Vladimir Litvintsev 1-cı qısa proqramını bitirib.

“İki sahil” xəbər verir ki,  o , 84,15 bal toplayaraq  18-ci yerə çıxıb və finala vəsiqə qazanıb.

Növbəti dəfə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış edəcək Litvintsev bugünkü çıxışından razı qaldığını bildirib.

“Sübh tezdən başlayan məşqlərimiz çox çətin olur,  ona görə də ilk növbədə istirahət edəcəm ki, fevralın 10-dakı yarışda da proqramımı düzgün yerinə yetirim” -  deyə Vladimir Litvintsev bildirib. Litvintsevlə yanaşı bu gün yarışa qatılan 30 iştirakçıdan 24-ü ifinala yüksəlib. Azərbaycan Olimpiya komandasının digər üzvü, fiqurlu konkisürmədə qadınların yarışında çıxacaq Yekaterina Ryabova fevralın 12-də Pekinə yola düşəcək. Ryabovanın yarışı 15 və 17 fevral tarixində baş tutacaq.