10 fevral 2022 11:21
757

"Bavariya" türk əsilli hücumçu ilə müqavilə imzaladı

“Bavariya” klubun yetirməsi olan türk əsilli oyunçu Yusuf Kabadayı ilə peşəkar müqavilə imzalayıb. 

“İki sahil” xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb. O, Münhen təmsilçisi ilə 2,5 illik sözləşmə imzaladıqlarını bildirib. 

Qeyd edək ki, Yusuf Kabadayı Almaniyanın U-18 millisində çıxış edib.