13 fevral 2022 02:42
857

Karl-Martin Ditman Bakıya gəlib

Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, UWW Avropanın prezidenti vəzifəsində də çalışan Ditman və ali qurumda fəaliyyət göstərən həmyerlimiz, UWW-nin yarış meneceri Ramil Əhmədov bu gün Bakıda güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olublar. UWW rəsmiləri iki idman arenasına və bir neçə otelə baxış keçirib.

Xəbər verdiyimiz kimi, bu il noyabrın 5-6-da Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Ditman bu yarışın baş tutacağı Bakı İdman Sarayında şəraitlə tanış olub. Burada müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib.