Bu gün gənclər və idman naziri Fərid Qayıbov Pekin Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Pekin-2022-də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şərait barədə məlumat verib.
Sabah mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maralanan Fərid Qayıbov ona uğurlar arzulayıb.