Türkiyəli aparıcı Seren Serengil ötən gün instaqram hesabında etdiyi paylaşımla gülüş obyektinə çevrilib.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı saxta hesablardan öz ünvanına xoş sözlər yazmaq istəyərkən əksi baş verib. O, hesabları səhv salıb və öz adından ünvanına enerjili olması, son vaxtlar daha da gözəlləşməsi ilə bağlı şərhlər yazıb.
Serenayın bu hərəkəti sosial media izləyicilərinin gözündən yayınmayıb və onu lağa qoyublar. Bunun fərqinə varan Serenay daha sonra həmin paylaşımları silib.
Özünü ifşa edən Serengil sosial şəbəkədə gülüş obyektinə çevrilib. Konsertindən və selfilərindən bir bölüm paylaşan Serengil özünəməxsus sözlərini dilə gətirib. Başqa hesabdan tərifli sözlər paylaşmalı olan Serengil sosial medianın marağına səbəb olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?