Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə xalq artisti Aygün Səmədzadənin müəllifi olduğu 100-ə yaxın kitab Goranboy rayonu və Naftalan şəhərində Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi məktəblərinə təqdim olunub.
“İki sahil” xəbər verir ki, kitabların təqdim olunmasında deputat Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Naftalan şəhər və Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib, Mədəniyyət İdarələrinin kollektivlərinə fəaliyyətlərində uğurlar arzulayıblar. Regional Mədəniyyət İdarələrinin rəhbərliyi də bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?