“Oqni Moskvı” teatrının aktrisası, Rusiyanın Əməkdar artisti Olqa Kabo Bakıya qastrol səfəri edib.
“İki sahil” xəbər verir ki, rol aldığı tamaşadan əvvəl paytaxtımızı qarış-qarış gəzən sənətçi bununla bağlı instaqram hesabında paylaşım edib.
O, Bakıya heyran qaldığını bildirib: “Şəhər mənə qonaqpərvərlik göstərdi və isti qəbul etdi. Küçələrdə insanlar gülümsəyir, mənimlə şəkil çəkdirir, xoş sözlər və komplimentlər deyirdi.
Tamaşadan əvvəl vaxtda gəzirdim və dadlı yerli mətbəxdən zövq alırdım. Bakı - kontrastlar şəhəri! Burada qədimlik və müasirlik, ənənələr və azadlıq, dəniz və dağlar, Şərq və Qərb həmahəng uzlaşır”.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?