26 fevral 2022 23:32
963

Zelenski: Gecə Azərbaycandan dərman gətirən təyyarə gözləyirik

“Azərbaycan Prezidenti İlham Əliyevlə danışığımızın nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınları və yanğınsöndürən maşınları pulsuz yanacaqla təmin etmək tapşırılıb”.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Tviterdə paylaşım edib.

“Gecə Azərbaycandan dərman gətirən təyyarə gözləyirik”, - o qeyd edib.