Türkiyənin “HÜRJET” reaktiv təlim və yüngül döyüş təyyarəsinin Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək ilk nümunəsi yerüstü və taksi sınaqlarından sonra ilk uçuşunu uğurla həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.
“Müstəqilliyimizi zəfərə aparan iradə bu gün milli aviasiyamızın qanadlarında yüksəlməyə davam edəcək” - deyən Görgün bu qürurun ərsəyə gəlməsində əməyi olan Hərbi Hava Qüvvələri Komandanlığı, “Turkish Aerospace Industries” (TUSAŞ) şirkətinin əməkdaşları, mühəndislər, texniklər və bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.