Dmitri Kuleba: Rusiya bizim “Mriya”mızı məhv etmiş ola bilər. Amma...
Rusiya qüvvələri Ukraynaya məxsus dünyanın ən böyük yükdaşıma təyyarəsi olan AN-225 "Mriya" təyyarəsini vurub.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.
XİN başçısı qeyd edib: “Rusiya bizim “Mriya”mızı məhv etmiş ola bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!”
Digər tvitində hazırda Ukraynada baş verənlər əsl xalq müharibəsi adlandıran D.Kuleba əlavə edib: “Biz düşməyəcəyik. Dayanmayacağıq və yorulmayacağıq. Torpağımızı və xalqımızı müdafiə etmək üçün nə qədər lazımdırsa, biz şiddətlə döyüşmək əzmindəyik”.