28 fevral 2022 07:59
738

Ukraynada olan Azərbaycan vətəndaşlarının bir qismi Bakıya qayıdıb

Ukranyadakı vəziyyətlə əlaqədar Ruminiyaya keçən vətəndaşlarımızın bir qismini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Qeyd edilib ki, vətəndaşlarımız Bakıya çatıb.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulmuşdu.