Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir.
18 saylı Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsi və 22 saylı Cəlilabad şəhər 4 saylı tam orta məktəbi ərazi partiya təşkilatlarında keçirilən yığıncaqlarda ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb, iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Nizamnaməsi barədə ətraflı məlumat verib, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək onlara uğurlar arzulayıb. O, partiya üzvlərini daha fəal olmağa və partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Cavid Əkbərov, “İki sahil”