YAP Yasamal rayon təşkilatının “İnşaatçılar pr. 98” ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib.
İclası giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rola malikdir.
“İki sahil” xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi, YAP-ın Sədri, Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb.
Rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: "Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev (XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb.