01 mart 2022 15:34
776

Yeni Azərbaycan Partiyası inkişafının yeni mərhələsini yaşayır - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarını davam etdirir.

Növbəti belə yığıncaqlar 23 saylı Cəlilabad şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi və 24 saylı Cəlilabad şəhər 2 saylı tam orta məktəbi ərazi ilk partiya təşkilatlarında keçirilib.

Tədbirlər zamanı əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzələr ətrafında  müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.

Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi Elçin Hüseynov partiyanın yeni Nizamnaməsi barədə ətraflı məlumat veriərək yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edib. E.Hüseynov onlara işlərində uğurlar arzulayıb və YAP üzvlərini daha da fəal olmağa və partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırıb.

Cavid Əkbərov, “İki sahil”