Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Qasımbəyli kənd, Əsgərbəyli kənd, Muradbəyli kənd və Yuxarı Axtaçı kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
Hesabat yığıncaqlarında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək onlara, işlərində uğurlar arzulayıb.