Türkiyənin Ege Universitetinin professoru Canan Abay “Araştırma stratejisi ve araştırma sürecini geliştirmeye yönelik politikalar” mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyətinə seminar söyləyib.
Seminarın məqsədi Canan Abayın aqrar sahənin iqtisadiyyatı mövzusunda öz təcrübə və fikirlərini bölüşərək qarşılıqlı fikir mübadiləsi aparmaq olub.
Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, Elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov və universitetin müxtəlif fakültələrini təmsil edən bir qrup professor-mūəllim heyəti iştirak ediblər.
Çıxışlarda beynəlxalq elmi araşdırmaların aparılması, ikili diplom proqramının mahiyyəti, tədqiqat işlərinin sayının artırılması və digər mövzular ətrafında çıxışlar olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Əlihüseyn Şükürov