01 mart 2022 17:14
918

 Sabirabadda şəhid Rahil Əkbərovun xatirəsi anılıb

Martın 1-də Sabirabadda Vətən müharibəsi şəhidi Rahil Əkbərovun doğum günü qeyd edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Rahil Əkbərovun məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Daha sonra şəhidin böyüyüb boya başa çatdığı Ətcələr kəndində adına ucalmış abidə kompleksinin önündə anım tədbiri keçirilib. Şəhidin anım tədbirində rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Birinci Vətən müharibəsi qazisi, Sabirabad rayon Müharibə Veteranları Təşkilatının sədri Faiq Hüseynov, şəhidin döyüş yoldaşları və şəhid valdeyinləri çıxışlar edərək şəhidlərimizin 44 günlük tarixi Zəfərimizdəki qəhrəmanlıqlarından danışmışlar. Onlar həmçinin  şəhid ailələrinə səbr, və dözüm, qazilərimizə isə şəfalar diləmişlər.

Tədbirin sonunda məktəblilər şəhidlərimizə həsr olunan şeirlər söyləmişlər.