02 mart 2022 16:10
1375

YAP Cəlilabad rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının 28 saylı Stomotoloji poliklinika, 32 saylı Cəlilabad Gigiyena və Epidemiologiya Mərkəzi və 38 saylı Cəlilabad Tibb kolleci ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirlərdən öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında  müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.

Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi Partiyanın yeni Proqramı barədə ətraflı məlumat verib, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Orxan Vahidoğlu, “İki sahil”