02 mart 2022 16:57
1201

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib - FOTO

YAP Hacıqabul rayon təşkilatının Dəmiryol Ambulatoriyası, Gigiyena və Epdemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib, sonra təşkilati məsələlərə baxılıb, ərazi təşkilatlarına sədr və sədr müavinləri seçilib.

YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov çıxış edərək yığıncaq iştirakçılarını təbrik edib və yeni seçilmiş tərkibə rayon təşkilatının xüsusi tapşırıq və tövsiyyələrini çatdırıb.