09 mart 2022 12:49
676

Azərbaycanın daha 22 şirkəti WEP-ə qoşulacaq

Bu il Azərbaycanın daha 22 şirkətinin WEP-ə (Women Empowerment Principles – Qadınların Səlahiyyətlərinin Artırılması) qoşulacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov deyib.

Onun sözlərinə görə, hazırda səkkiz Azərbaycan şirkəti bu prinsipləri tətbiq edir.

Qeyd edək ki, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən və BMTİP-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən təşəbbüs BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun və layihəsi çərçivəsində həyata keçirilir.