09 mart 2022 13:27
770

Rusiya XİN: Avropanın qaz təchizatçısı mövqeyindən əl çəkmək niyyətində deyilik

Moskva Avropanın etibarlı qaz təchizatçısı mövqeyindən əl çəkmək niyyətində deyil.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski bildirib.

"Qaz sektoruna gəlincə, Rusiya Avropa bazarında etibarlı qaz tədarükçüsü kimi mövqeyindən əl çəkmək niyyətində deyil. Rusiya şirkətləri həm tədarük, həm də tranzit baxımından müqavilə öhdəliklərini yerinə yetirməkdə davam edir", - deyə rusiyalı diplomat vurğulayıb.