09 mart 2022 16:41
735

Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTO

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri icra olunub.

“İki sahil” xəbər verir ki, təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.