Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan Useynov Ceyhun Elşad oğlunun xatirəsi anılıb. "Fizulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü" və “Vətən uğrunda” medallarına layiq görülən şəhidin 32-ci doğum günündə yaşadığı Novxanı kəndində xatirə lövhəsinin açılışı olub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri, qazilər Novxanı kənd qəbiristanlığında uyuyan şəhidin məzarını ziyarət ediblər.
Eyni zamanda, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər qoyulub.
Orxan Vahidoğlu, "İki sahil"