10 mart 2022 13:31
677

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür FOTO

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun rayonun Gavran kəndində səyyar qəbulu əhali tərəfindən yüksək qarşılanıb. İcra başçısı ilə qəbulda hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

RİH başçısı kənd sakinləri ilə hal-əhval tutduqdan sonra onların qarşısında geniş çıxış edib:” Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində müqəddəs Vətən torpaqlarını düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan ordumuzun qəhrəman əsgər və zabitləri Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya bildirdi.

Hər zaman olduğu kimi indi də ölkəmizdə sosial-iqtisadi inkişaf naminə dövlət səviyyəsində mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Ölkə vətəndaşların rifah halının günbəgün yüksəlməsi aparılan sosial-iqtisadi siyasətin mühüm tərkibidir. Son illərdə insanların firavan yaşaması üçün sosial ödənişlərin, əmək haqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb”.

Qəbul zamanı vətəndaşlar sərbəst şəkildə öz problem və təkliflərini icra başçısına çatdıra bildilər. Kənd yolunun əsaslı təmirinə, qazılmış arteziyan quyusunun təmizlənməsinə ehtiyac olduğunu dedilər və işsizliklə bağlı məsələ qaldırdılar. Həm də şəxsi problemlərini dilə gətirənlər oldu. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapdı, digərlərinin həlli isə əlaqədar təşkilatların rəhbərlərinə tapşırılıb.

Axırda gavranlılar respublikada aparılan genişmiqyaslı abadlıq –quruculuq işlərinə, eləcə insanlara dövlət tərəfindən göstərilən qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıq ediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü