Abşeronda Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb.
“İki sahil” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi şəhidi Dövlətov Zaur Zahid oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Şəhid ailəsi üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.