"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskla keçmiş sevgilisi kanadalı müğənni Qrayms ikinci dəfə valideyn olub.
“İki sahil” xəbər verir ki, cütlük ötən ilin sentyabrında ayrılsa da, Qrayms "Vanity Fair"ə verdiyi yeni müsahibə zamanı qızlarının olduğunu bildirib. Körpənin adı Exa Dark Siderel Maskdır və o, surroqat ana vasitəsilə dünyaya gəlib.
Qeyd edək ki, cütlüyün X Æ A-Xii adlı bir oğlu da var. Ümumilikdə 50 yaşlı İlon 7 uşaq atasıdır. Onun birinci həyat yoldaşı, kanadalı yazıçı Castin Maskdan daha beş oğlu var.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?