11 mart 2022 14:05
749

Banklar valyuta hərracında 55 milyon dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 54,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 mart 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 3,7 dəfə artıb.