Son günlər Lənkəranda əhalinin müraciətlərinə baxılması, qaldırılan məsələlərin yerindəcə araşdırılıb operativ həllindən ötrü rayon İcra başçısının rəhbərliyi altında əhali arasında səyyar qəbullar keçirilir. Növbəti belə səyyar qəbul görüşü isə rayonun ən böyük kəndi hesab olunan Vilvanda baş tutub. Rayonun hüquq-mühafizə orqanlarının, müxtəlif təşkilatların və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşdə bu yaşayış məntəqəsinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə geniş danışılıb, sakinlərin arzu və təklifləri dinlənilib. Sonra İcra başçısı Taleh Qaraşov əhali qarşısında çıxışında bildirib:” Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələri hər bir vətəndaşın həyat şəraitinin yüksəlməsində müstəsna rolu vardır. Bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyi tam məlumdur. Vilvan kənd sakinlərinin əməksevərliyi, Vətən təəssübkeşliyi, dövlətə və ölkə başçısının həyata keçirdiyi siyasi kursa sadiqliyi yüksək səviyyədədir. 44 günlük Vətən müharibəsi zamanı bir daha bunun şahidi olduq”.
Səyyar qəbul-görüşdən razı qalan vilvanlılar çıxış edib dünyada baş verən mürəkkəb siyasi hadisələr fonunda ölkə iqtisadiyyatının durmadan inkişafından , Azərbaycan xalqının sülh və dinc şəraitində yaşayışının təminindən məmnun qalmağı deyib, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər ifadə ediblər. Axırda İcra başçısı qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü