11 mart 2022 18:38
480

Ağ ölümün qara fəsadları

“Ağ ölümün qara fəsadları” adlı bu  tədbir Yardımlı rayon Heydər Əliyev Mərkəzidə keçirilib.  Mərkəzin və Yardımlı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı  sayəsində baş tutan tədbir  narkomaniyaya qarşı mübarizə məqsədini  daşıyırdı.  Tədbirdə Mərkəzin kollektivi, Polis Şöbəsinin əməkdaşları, Yardımlı şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri, Yardımlı Rayon Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov,  Rayon Mərkəzi Xəstəxanasının həkimi Etibar Babayev, Yardımlı Psixoloqlar Birliyinin sədri Qadir İbişov iştirak ediblər.

Tədbiri giriş sözü ilə  Mərkəzin əməkdaşı Aqil Ağayev  açıbdır.  Natiq cəmiyyətdə "ağ ölüm" kimi qəbul edilən, bəşər övladının bəlasına çevrilmiş,  ən çox gənclərin  ömrünə qənim kəsilən narkomaniyanın yaratdığı fəsadlardan və bu bəlaya qarşı aparılan mübarizə yolundan ətraflı danışıb.

Rayon Polis Şöbəsinin rəisi, polkovnik Arif Babayevin  mövzu haqqında geniş məruzəsi  də  tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənib. Daha sonra çıxış edənlər - psixoloq Qadir İbişov, həkim Etibar Babayev, Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov  isə mövzuya dair fikirlərini bildiriblər.

Tədbir narkomaniyanın yaratdığı fəsadlardan bəhs edən sənədli filmin nümayiş  ilə yekunlaşıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü