11 mart 2022 18:18
617

YAP Gədəbəy rayon təşkilatının daha 2 ərazi partiya təşkilatının tədbiri keçirilib - FOTO

11 mart 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Qaraməmmədli və Poladlı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirlərdə hesabat məruzəsi dinlənilib. Çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

44 günlük Vətən müharibəsində qazanılan qələbə, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edilib.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Zaur Mehdiyev 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı, partiyanın yeni Nizamnamə və proqramı, eləcə də struktur dəyişiklikləri, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı danışıb.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.

Sonda YAP Gədəbəy rayon təşkilatının əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq onları qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırıb.

Cavid Əkbərov, «İki sahil»