11 mart 2022 19:14
601

Azad olunmuş ərazilərində İran şirkətləri fəaliyyət göstərəcək

“Biz İran nümayəndə heyətinin bu səfərinə çox önəm veririk”.

“İki sahil” xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev deyib.

Ş. Mustafayev bildirib ki, bu gün çox geniş müzakirələr aparılıb: “Sabah Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasından 30 il vaxt keçir. Bizim ikitərəfli və çoxtərəfli sahələri əhatə edən əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. Bu ilin yanvar ayında da çox müsbət dinamika müşahidə edilir.

Təxminən 22 % bizim ticarət əlaqələrimiz inkişaf edir. Bizim əlaqələrimizin inkişafında qarşılıqlı sərmayələrin böyük rolu var 2050 İran Şirkəti Azərbaycanda fəaliyyət göstərirlər. Sərmayələr sahəsində bizim görəcəyimiz işlər çoxdur. Yeni layihələr təklif olunur. Azərbaycanın azad olunmuş ərazilərində İran şirkətləri fəaliyyət göstərəcək. İran şirkətləri bərpa işlərinə cəlb olunurlar. Bu gün artıq bir neçə layihə ilə onlar fəaliyyətə başlayacaqlar”.