14 mart 2022 10:47
439

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,29% azalaraq 1 979,3 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,8% azalaraq 25,95 dollar təşkil edib.