14 mart 2022 11:11
748

AMB ənənəvi sığorta məhsulları bazarını genişləndirəcək

"Bu günə olan əsas prioritet ənənəvi məhsullar bazarını genişləndirməkdir".

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, mövcud ənənəvi sığorta məhsulları var və AMB-nin əsas məqsədi o sığorta məhsullarını genişləndirməkdir.

"Daha çox ev təsərrüfatının, daha çox ailənin, daha çox şəxsin, daha çox bizneslərin mövcud ənənəvi sığorta məhsullarını almaqla risklərini sığorta təminatına ala bilər. Bizim məqsədimiz bunu genişləndirməkdir", - o bildirib.

Z. Əliyev əlavə edib ki, iqtisadiyyat inkişaf elədikcə, risklər mürəkkəbləşdikcə, yeni məhsullara ehtiyac yarana bilər: "Lakin bu günə olan əsas prioritet ənənəvi məhsullar bazarını genişləndirməkdir" - bankın rəsmisi qeyd edib.