14 mart 2022 14:49
616

Bu marşrutların hərəkət sxemi dəyişdirilib - FOTO

17 və 24 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə "İki sahil"ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən,17 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Yusif Vəzir Çəmənzəminli küçəsindən Zaur Nudirəliyev küçəsinə, 24 nömrəli marşrut xəttinin isə başlanğıc dayanacaq məntəqəsi Təbriz küçəsindən Murad Qafur küçəsinə keçirilib.