14 mart 2022 16:24
552

YAP Sabirabad rayon təşkilatının ərazi partiya təşkilatının yeni tərkibi seçilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Qaratəpə kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat yığıncağında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatına sədr və sədr müavini seçilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavini təbrik edərək işlərində uğurlar arzulayıb.

Cavid Əkbərov, «İki sahil»