Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının 46 saylı Göytəpə Şəhər Xəstəxanası və 45 saylı Göytəpə şəhər 2 saylı tam orta məktəbi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Tədbirlər başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub. İclaslarda təşkilati məsələlərə də baxılıb və ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Proqramı barədə ətraflı məlumat verib. O, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini daha fəal olmağa çağırıb.
Cavid Əkbərov, “İki sahil”