14 mart 2022 16:26
802

"Brent" neftinin qiyməti ucuzlaşıb

Dünya bazarlarında "Brent" neftinin qiyməti 107 dollaradək azalıb.

“İki sahil” xəbər verir ki, birjalarda "Brent" neftinin may fyuçersləri 107,45 dollar/barel ətrafında alınıb satılır.

Ötən həftəsonu ilə müqayisədə neft qiymətləri 5 faizdən çox azalıb.

Xatırladaq ki, ötən həftənin əvvəlində "Brent" neftinin qiyməti bir barel üçün 130 dolları ötmüşdü.