14 mart 2022 18:28
691

Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,1% artıb

Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, onun 733,5 mln manatı heyvandarlıq, 41,2 mln. manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5%, bitkiçilik məhsulları üzrə 14,1% artıb.