CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 109,36 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barrel azdır.
Bu barədə "İki sahil"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,26 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barrel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,19 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,51 dollar/barrel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,63 dollar/barrel olub ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barrel azdır.