09 mart 2016 19:41
602

1,5 trilyonluq “ölüm maşını” fiaskoya uğradı

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Guardian” qəzeti yazıb.

“Guardian”ın xəbərinə görə, radar problemi F-35-lərdə ortaya çıxan silsilə problemlərin sonuncusudur. Daha əvvəl isə təyyarələrin ildırım qarşısında müdafiəsiz olduğu və lazım olduğundan daha az yanacaq götürdüyü məlum olmuşdu.
 
Biri 148 milyon dollara başa gələn və bu günə qədər 1,5 trilyon dollar xərclənən və bir çox ekspertlər tərəfindən "ölüm maşını" adlandırılan F-35-lərin 1978-ci ildə istifadəyə verilən F-16-lardan daha zəif olduğu bildirilir.