15 mart 2022 12:08
512

Azərbaycanda ilin əvvəlindən 100-dən çox avtomobil yığılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 105 minik avtomobili yığılıb.

"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır. Təkcə fevral ayında isə cəmi 3 avtomobil buraxılıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 2 043 minik avtomobili istehsal olunub ki, bu da 2020-ci il ilə müqayisədə 4,8% çoxdur.