15 mart 2022 15:14
511

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında energetika sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Qaradağ GES-in təməlinin qoyulması iki ölkə arasında yüksək münasibətlərin göstəricisi  kimi qiymətləndirilib. Azərbaycan  xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.

Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri, həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.