Bakı Fond Birjası (BFB) Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankı ilə görüşlər keçirib.
“İki sahil”ə BFB-dən verilən məlumata görə, AİB ilə görüş Kiçik və Orta Sahibkarlığın Kapital Bazarlarında iştirakına dair keçirilib. Keçirilən görüşün məqsədi AİB-in Asiyada Kiçik və Orta Sahibkarlığın Monitorinqi (AKM) nəşri ilə bağlı BFB-nin ilə fikir mübadiləsi etmək olub.
Dünya Bankı ilə görüş isə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində baş tutub. Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, inkişaf perspektivləri müzakirə edilib. Bu proqram çərçivəsində Dünya Bankı 7-17 mart tarixində virtual, 12-28 aprel tarixlərində isə fiziki olaraq Bakıda görüşlər keçirməyi planlaşdırır.