16 mart 2022 11:56
594

Ötən il Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi müəyyənləşib

2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 986 mln. ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 9,4% çoxdur.

Hesabat dövründə bir köçürmənin orta məbləği 230 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81%-i Rusiya rezidentləri tərəfindən göndərilib.

Təkcə IV rübə gəldikdə, oktyabr-dekabr aylarında Rusiyadan Azərbaycana 284 mln. dollar transfer olunub. Bu, III rüb ilə müqayisədə 1,1%, 2020-ci ilin analoji rübü ilə müqayisədə isə 31,5% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (5,53 mlrd. dollar).