İki müğənni rəfiqə olan Elnarə Xəlilova və Samira AliMaryam duet ifa ediblər. “İnanıram” adlanan yeni mahnı və klip tamaşaçılara təqdim olunub. “İki sahil” xəbər verir ki, mahnının söz və musiqisi, eyni zamanda layihənin prodüseri Nərmin Behbudovadır ( NARMEEN).
Mahnını Fidan Aliva aranjeman edib. “İnanıram” mahnısına çəkilən klipin rejissoru Aleksey Krupina, montajçısı Fərhad Məmmədli, operatorları Aleksey Krupina və Namiq Vəliyevdir. Klipin çəkilişləri Zağulbada və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qobustan Milli Tarix-Bədii qoruğunda aparılıb.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?