İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin yanvar ayında ötən ilin dekabrı ilə müqayisədə 22,1 mln. barel azalaraq 2014-cü ilin aprel ayından bəri ən aşağı səviyyədə olub.
"İki sahil"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, dekabr ayında 2,621 mlrd. barel səviyyəsində olan qlobal neft ehtiyatlarının həcmi 2017-2021-ci illərin orta göstəricisindən 335,6 mln. barel aşağı olub.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.