Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barel olub.
Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 566,3 min barelini xam neft, 117,8 min barelini isə kondensat təşkil edib.
Beləliklə, Azərbaycan fevralda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 118% yerinə yetirib.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olması nəzərdə tutulurdu.